Nazir səfirlərlə nədən danışdı?
02 iyul 2013 18:39 (UTC +04:00)

Nazir səfirlərlə nədən danışdı?

Təhsil naziri Mikayıl Cabbarov Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) nümayəndələri, İranın və İsrailin ölkəmizdəki səfirləri ilə ikitərəfli görüşlər keçirib. Bu barədə Lent.az-a Nazirlikdən məlumat verilib.

Görüş zamanı Agentliyin Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun-Sukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin yaradılması” layihəsi müzakirə edilib.

İran və İsrail səfirləri ilə keçirilmiş ikitərəfli görüşlər zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449

Oxşar yazılar