<span style="color:red;">Nazir:  "Azərbaycanda müəllim olmaq istəyənlərin sayı artır"
20 iyul 2018 17:13 (UTC +04:00)

Nazir: "Azərbaycanda müəllim olmaq istəyənlərin sayı artır"

0

"Azərbaycanda müəllim olmaq istəyən gənclərin sayı artır. Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə qeydiyyatdan keçən namizədlərin sayı 50 mindən, test imtahanlarında iştirak edənlərin sayı isə 46 mindən çoxdur".

 

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov 22 iyul - Milli Mətbuat günü ilə əlaqədar keçirilən tədbirdə deyib.

 

Nazir qeyd edib ki, təhsil sistemində hər il orta hesabla 3-5% yenilənməyə nail olunur: "İlk baxışda bu rəqəm böyük görünməyə bilər. Lakin mən inanıram ki, öz savad və bacarıqlarına güvənən, müsabiqələrdən yüksək nəticələr göstərən müəllimlər məktəblərə yeni nəfəs gətirəcəklər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 484

Oxşar yazılar