Səhiyyə naziri Oqtay Şirəliyev Yevlax rayonunda vətəndaşları qəbul edib. Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, şəhərin Mərkəzi Xəstəxanasında gün ərzində aparılan səyyar qəbulda nazir Yevlax, Mingəçevir, Goranboy, Ağdaş, Göyçay, Zərdab, Ucardan olan 10 vətəndaşı qəbul edib, onların istək və xahişlərini dinləyib.
Müraciətlər nazir tərəfindən diqqətlə dinlənib və bu problemlərin həlli üçün müvafiq tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərinin əsas hissəsini sağlamlıq problemləri, kadr məsələləri, həkimlərin xarici ölkələrdə təkmilləşdirilməsi, işlə təminat və s. məsələlərlə bağlı olub. Müraciətlərin əksəriyyəti elə yerindəsə öz həllini tapıb.
Səhiyyə Nazirliyinin səlahiyyətinə aid olmayan müraciətlərisə aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.