Musa Qasımlı institut direktoru oldu
05 noyabr 2014 18:01 (UTC +04:00)

Musa Qasımlı institut direktoru oldu

 



AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında bir sıra kadr təyinatları olub. Lent.az-ın məlumatına görə, kimya üzrə fəlsəfə doktoru Məlik Dəmirov AMEA-nın Təcrübə-Sənaye Zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub. Bundan əlavə, kimya üzrə elmlər doktoru Mirzə Mövsümzadə AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya üzrə fəlsəfə doktoru Mehparə Səfərova həmin institutun elmi katibi, AMEA-nın müxbir üzvü Pənah Muradov AMEA-nın Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fəridə Qəhrəmanova AMEA-nın Mikrobiologiya İnstitutunun elmi katibi vəzifəsinə təyinat alıb.

Tarix üzrə elmlər doktoru, millət vəkili Musa Qasımlıya da AMEA-da vəzifə verilib. O, Dünya Siyasəti İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2646

Oxşar yazılar