Müəllimlərin imtahandan 4 nəfər çıxarıldı
04 avqust 2017 14:03 (UTC +04:00)

Müəllimlərin imtahandan 4 nəfər çıxarıldı

0
"Müəllimliyə imtahan verən bəzi şəxslərin nəticələri uğurlu deyil, davranışları seçdikləri peşəyə uyğun gəlmir"
Bu il ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsindən 4 nəfər telefon və elektron əşyalar keçirməsi səbəbindən çıxarılıb.
 
APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov bildirib ki, telefon və elektron əşyaların imtahana keçirilməsinin qadağan edildiyi barədə xəbərdarlıqlara baxmayaraq, hər kəs buna cəhd edir. 4 nəfərin bu səbəbdən imtahandan çıxarıldığını deyən R.Məmmədov qeyd edib ki, müəllimliyə imtahan verən bəzi şəxlərin nəinki nəticələri uğurlu deyil, davranışları da seçdikləri peşəyə uyğun gəlmir: “Qaydaları pozurlar. Etik davranışları müəllimliyə yaraşmır".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 265

Oxşar yazılar