
Mikayıl Cabbarov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru ilə görüşüb
Oktyabrın 3-də Cenevrəyə səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru Fransis Qarry ilə görüşüb.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, görüşdə həmçinin Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsı Vaqif Sadıqov iştirak edib.
Görüşdə Azərbaycan-ÜƏMT arasında gələcək tərəfdaşlıq, ali təhsil müəssisələrində əqli mülkiyyət siyasətinin formalaşdırılması və inkişafının təşviqi, ali təhsil müəssisələrinin əqli mülkiyyət sistemindən istifadə imkanlarının gücləndirilməsi məsələləri müzakirə olunub.
Görüşün sonunda təhsil naziri Mikayıl Cabbarov və ÜƏMT-in Baş direktoru cənab Fransis Qarry Birgə bəyanat imzalayıb.
ÜƏMT ilə əməkdaşlıq ali təhsil müəssisələrinin iqtisadi sahə ilə sıx inteqrasiyasına, o cümlədən“start-up”ların inkişafına yönəlmiş ekosistemin qurulmasına yeni imkanlar yaradılacaq.
Oxşar yazılar

XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12