Mikayıl Cabbarov dərs ilinin uzadılmasının səbəblərini açıqladı - YENİLƏNİB
06 may 2014 16:45 (UTC +04:00)

Mikayıl Cabbarov dərs ilinin uzadılmasının səbəblərini açıqladı - YENİLƏNİB

Təhsil naziri Mikayıl Cabbarov dərs ilinin uzadılmasının səbəblərinə aydınlıq gətirib. Lent.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, dərs ilinin uzadılmasının iki əsas səbəbi var: “Müqayisəli təhlil onu göstərir ki, müasir təhsil sistemləri ilə müqayisədə Azərbaycan şagirdləri təxminən 8 həftə az tədris keçirlər. Akademik il ərzində 8 həftə çox uzun müddətdir. Təbii olaraq biz bu mərhələdə 8 həftəlik dərs ilinin uzadılmasını nəzərdə tutmuruq. Amma aydındır ki, dərs ilinin bu qədər qısa olması nəticə etibarilə şagird nailiyyətlərinə və təhsilin keyfiyyətinə mənfi təsir edir. İkinci səbəb bundan ibarətdir ki, tədris ili qısa olduğu zaman bir günə və ya bir akademik həftəyə şagirdlərin yüklənməsi nöqteyi-nəzərindən daha çox yük düşür. Bizim tədris yükünün optimallaşdırılması üçün qəbul edəcəyimiz qərar bu istiqamətdə müsbət təsir göstərəcək”.
 

 

Təhsil naziri həmçinin orta məktəblərdə ilahiyyət dərslərinin ayrıca fənn kimi keçirilməsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu məsələ gündəmdə deyil və ümumiyyətlə baxılmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3631

Oxşar yazılar