Şəkidə avtomobil qəzası: xəsarət alanlar  var
09 noyabr 2025 20:14 (UTC +04:00)

Şəkidə avtomobil qəzası: xəsarət alanlar var

0

Şəkidə iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 19 radələrində Şəki–Qax avtomobil yolunun İncə kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı bir neçə nəfərin yaralandığı bildirilir. Yaralılardan iki nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Sıxılmış vəziyyətdə qalanların çıxarılması üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Hadisə yerinə həmçinin polis əməkdaşları və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki rayon şöbəsinin həkim briqadası göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar