Mikayıl Cabbarov: “Bakıdakı orta məktəblərin yarısı təmir edilib”
10 sentyabr 2013 11:58 (UTC +04:00)

Mikayıl Cabbarov: “Bakıdakı orta məktəblərin yarısı təmir edilib”

Bakıdakı orta məktəblərin yarısı bu il təmir edilib. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bir necə gündən sonra yeni tədris ili başlayır. Bu tədris ilinə ən böyük töhfəni ölkə prezidenti İlham Əliyevin verdiyini deyən nazir təhsil işçilərinin əmək haqlarının artdığını söyləyib. O qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən yeni dərs ilinə hazırlıq işləri aparılıb. Yay ayları ərzində Bakının 164 məktəbində cari təmir işləri aparılıb. Bu isə Bakıdakı məktəblərin 50 faizinin təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560

Oxşar yazılar