
Məktəb direktorlarının və müəllim olmayanların da maaşı artacaq – RƏSMİ
Prezident İlham Əliyevin bu günlərdə imzaladığı müvafiq sərəncamlara əsasən, sentyabrın 1-dən dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqları artırılacaq.
Lent.az məlumat verir ki, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov “Təhsil” televiziyasının “Təməl” verilişində bildirib ki, müvafiq sərəncamın məktəb direktorlarının əməkhaqlarına da təsiri olacaq:
“Bilirsiniz ki, diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əmək haqqı, onların vəzifə maaşı hökumət tərəfindən təsdiq edilibdir. Vəzifə maaşına təsir edən amillər müəllimlərin təhsili, pedaqoji stajı və dərs yüküdür. Məsələn, artımda əvvəl 18 il stajı olan müəllimin 1 stavka (18 saat) dərs üçün 496 manat idi, bu artımdan sonra o 594 manata yüksəldi. Təxminən bu artım 50 %-ə qədər oldu.
Bizim sistemdə elə müəllimlər var ki, onlar dərs yükünə, pedaqoji stajına görə min manatdan da yüksək maaş alırlar, daha böyükl qrup isə 700-900 manata yaxın maaş alırlar. Onların da əmək haqları 20 %-ə qədər artdı. Bu müəllimlər üçün stimuldur”.
F.Qədirov əlavə edib ki, 160 000-ə qədər müəllimin maaşı artacaq:
“Eyni zamanda bu artım peşə məktəblərində olan diaqnostik qiymətləndirmədən keçən müəllimlərin də maaşı da artacaq. Bundan başqa təhsil müəssisələrində 110 000-dən artıq müəllimlərlə yanaşı işçilər də çalışır. Minimum əməkhaqqının artması ilə bağlı onların da maaşlarında dəyişiklik olacaq”.
Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46