Magistraturaya qəbul olanların qeydiyyatı başlayıb
03 iyul 2013 08:00 (UTC +04:00)

Magistraturaya qəbul olanların qeydiyyatı başlayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlara müraciət edib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gündən iyulun 12-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. 


Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcəkdir.

 

Qeyd edək ki, bu il 5765 bakalavr respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3835 nəfəri ali təhsil müəssisələrinin builki məzunları, 1930 nəfəri isə əvvəlki illərin məzunudur. Magistraturaya qəbul olunanların 2616 nəfərini oğlanlar, 3149 nəfərini isə qızlar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar