Jurnalistlər düşmənlə sərhəddəki məktəbdə oldular
23 oktyabr 2014 18:18 (UTC +04:00)

Jurnalistlər düşmənlə sərhəddəki məktəbdə oldular

Bu gün Təhsil və Müdafiə Nazirliklərinin birgə təşkilatçılığı ilə 30 - dək jurnalist Tovuzun Ermənistanla cəbhə xəttində yerləşən Hacallı kəndinə səfər ediblər. Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, jurnalistlər  Milli Qəhrəman Qasım Rzayevin adını daşıyan Hacallı kənd orta məktəbində baş çəkib, məktəblə yaxından tanış olublar. Avqust ayında ermənilərin cəbhə xəttində mütəmadi atəşkəsi pozması nəticəsində bu məktəbə də ziyan dəyib. Güllə sinif otaqlarının şüşələrini sındırıb, məktəbin divarlarını, sinif otaqlarından birinin lövhəsini dağıdıb.

 

Məktəbin direktoru Mehriban Rüstəmova jurnalistlərə verdiyi açıqlamada şagirdlərin , o cümlədən məktəb kollektivinin cəbhədə baş verən gərgin vəziyyətə baxmayaraq dərsləri davam etdirdiyini, atışmanın şagirdlərin əhvalına təsir etmədiyini deyib. O bildirib ki, şagirdlərin əhval ruhiyyəsi yüksəkdir.

 

Direktor onu da əlavə edib ki, atışma başlayan zamanı uşaqların təhlükəsizliyi qorumaq üçün şagirdlər məktəbdə saxlanılır. Ailələrə məlumat verilir. Uşaqlar güllədən qorumaq üçün məktəbin dəhlizində saxlanılırlar. Atışma bitəndən sonra valideynləri ilə əlaqə saxlanılandan sonra, evlərə buraxılırlar.

 

Məktəbdə 455 şagird təhsil alır. Son 5 ildə məktəbin məzunlarından 24-ü ali hərbi məktəb və liseylərə qəbul olunub. 2013 - 2014-cü tədris ilində məktəbi bitirən 37 nəfərdən 9-u ali məktəbə, 3-ü kollecə daxil olub. 10 və 11-ci sinif şagirdləri üçün əyani hərbi hazırlıq dərsləri keçirilir.

 

İki sinifdə şagirdlərlə jurnalistlərin görüşü olub. Görüş zamanı şagirdlər jurnalistlərin suallarını cavablandırıblar.

 

Hazırda jurnalistlər bölgədəki hərbi hissədə əsgər və şəxsi heyətlə görüşdədirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538

Oxşar yazılar

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

3 iyul 2025 , 12:33
Bu rayonlara yağış yağır  - FAKTİKİ HAVA

Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA

3 iyul 2025 , 12:04
Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac var? - TƏHLİL

Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac var? - TƏHLİL

3 iyul 2025 , 10:55
Bu BÜRCLƏR iyul ayında çox zəngin  olacaq: Qızıldan dağlar  kimə vəd edilir?

Bu BÜRCLƏR iyul ayında çox zəngin olacaq: Qızıldan dağlar kimə vəd edilir?

3 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

3 iyul 2025 , 08:15
Bu üç ayda  doğulmusunuzsa... iyul ayı çox uğurlu  olacaq

Bu üç ayda doğulmusunuzsa... iyul ayı çox uğurlu olacaq

3 iyul 2025 , 00:02
Artıq bu həftə:  Parlaq romantik dövr yaşayacaq  3 BÜRC

Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC

2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 iyul 2025 , 18:17