İri sinəli qadınlara XƏBƏRDARLIQ
06 mart 2015 11:20 (UTC +04:00)

İri sinəli qadınlara XƏBƏRDARLIQ

 

 

Mütəxəssislər sinə ölçüsünün gündəlik həyatı riskə atacağına dair xəbərdarlıq edir

 

Qadınların çoxu həmişə sinələrinin böyük, kiçik və ya sallanmış olduğundan şikayət edir. Bu şikayətlər qadınlarda özünə güvən əskikliyinə səbəb olur. Böyük və sallanmış sinədən şikayət edən qadınlar isə bu cür düşünənlər arasında çoxluq təşkil edir.

 

Estetik istəkləri nəticəsində də digər problemlər ortaya çıxır. Bunlara ən əsas bel, boyun və kürək ağrıları daxildir. Bəhs edilən bu ağrı həqiqətən çox şiddətli olub, həyat keyfiyyətini pozur. Təsəvvür edin, boynunuza 5  kiloluq bir yük asmısınız və 5 dəqiqə bununla gəzirsiniz.

 

Böyük sinəli qadınların digər şikayəti isə kök görünmələri və sinə böyüklüyünə görə qozbel duruşlarıdır.

 

İri sinəli qadınlarda xüsusən yay aylarında tərləməklə bağlı sinənin altında göbələk və dəri infeksiyaları baş verir.

 

Digər bir şikayət isə yatarkən hiss edilən nəfəs darlığı, əl və qollarda keyimələrdir. Bunların həlli isə uğurlu bir əməliyyat sayəsində sinəni kiçiltməkdir. Bununla psixoloji problemlər də azalar və həyat keyfiyyəti artar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

Oxşar yazılar