İranlı jurnalistlər “APA Holding”də oldular
17 oktyabr 2014 15:24 (UTC +04:00)

İranlı jurnalistlər “APA Holding”də oldular

0

 İranın aparıcı kütləvi informasiya vasitələrinin təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.


 

APA-nın məlumatına görə, nümayəndə heyəti bu gün “APAHolding”də olub, qurumun rəhbəri Vüsalə Mahirqızı ilə görüşüblər.

 

Görüşdə qonaqlara “APA Holding”in strukturu, media qurumlarının fəaliyyəti, iş prinsipləri barədə məlumat verilib. Qonaqların suallarını cavablandıran V.Mahirqızı Azərbaycanda medianın mövcud durumu, inkişaf tendensiyaları barədə danışıb, Azərbaycan və İran media qurumları arasında əməkdaşlıq perspektivlərinin araşdırılmasının vacibliyini önə çəkib.

 

Qonaqlar “APA Holding”ə daxil olan media qurumlarının fəaliyyətinin İranda da maraqla izlənildiyini deyib, bu qurumların ölkənin daxilində və xaricində ictimai rəy formalaşdırmaqdakı əhəmiyyətindən danışıblar.

 

Daha sonra iranlı jurnalistlər holdinqə daxil olan media qurumlarının işi ilə tanış olub, şirkətdə çalışan tanınmış yazarlarla söhbət ediblər.

 

Görüşdə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyyid Məhəmməd Ayətullahi və səfirliyinin media üzrə eksperti Morteza Lotfi də iştirak ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 517

Oxşar yazılar