Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) Elmi Şurasında universitetin yeni loqotipi təsdiqlənib. ADİU-dan Lent.az-a verilən məlumata görə, universitet imic və nüfuzunun modernləşməsi səbəbi ilə rebrendinq (brendin və ya onun tərkib hissələrinin dəyişdirilməsi ilə bağlı aparılan kompleks tədbirlər planıdır. Tərkib hissələri isə bunlardır: adı, loqotipi, bədii tərtibatı və brendin ümumi ideoloji mövqeyi - red) edib.
Yeni loqotipdə biliklə iqtisadi rifahın bağlılığı əks olunur. Eyni zamanda loqotipə universitetin təsis olunduğu tarix – “1930” da həkk olunub.
ADİU-nun yeni korporativ stili hazırlanarkən universitetə göy rəng (prussian blue-red) seçilib. Bununla bağlı, universitetin rəsmi saytı yenidən hazırlanır.
ADİU-nun ilk loqotipi 2000-ci illərin əvvəllərində, ikinci loqotip isə 2000-ci illərin ortalarında hazırlanmışdı.