İqtisad Universitetində yeni qurum yaradıldı
14 oktyabr 2014 11:46 (UTC +04:00)

İqtisad Universitetində yeni qurum yaradıldı

0

Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq və Kommunikasiya Departamenti yaradılıb. Ali məktəbdən Lent.az-a verilən məlumata görə, Departamentin əsas fəaliyyəti ADİU-nun yeni imici üzərində işləməkdən ibarət olacaq.

Departament tədbir və konfransları təşkil edəcək. Həmçinin ADİU-da aylıq nəşr olunan “İqtisadçı” qəzeti, aseu.az saytı, “Qaynar xətt” və İctimaiyyətlə Əlaqələr şöbəsi departamentin nəzdində fəaliyyət göstərəcək.

Departamentin rəhbəri telejurnalist Rasim Şərifovdur.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1205

Oxşar yazılar