İnkassator maşını qəzaya düşdü: <span style="color:red;">3 yaralı  - <span style="color:red;">YENİLƏNİB
23 sentyabr 2015 15:42 (UTC +04:00)

İnkassator maşını qəzaya düşdü: 3 yaralı - YENİLƏNİB

Gəncə-Daşkəsən yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların şəxsiyyəti müəyyənləşib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, inkassator avtomobilində olan bank işçiləri - 1988-ci il təvəllüdlü Samir Abdullayev, 1978-ci il təvəllüdlü İlyas Verdiyev və 1989-cu il təvəllüdlü Rufan Hümbətov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, oradan isə Gəncə Mərkəzi Klinik Xəstəxanasına aparılıblar. 

 

 

14:12

 

***

 

Gəncə-Daşkəsən yolunda baş verən yol-nəqliyyat hadisəsində 3 nəfər xəsarət alıb

 

Gəncə-Daşkəsən yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Göygöl rayonun Qızılca kəndi ərazisində Azərbaycanda fəaliyyət göstərən banklardan birinin inkassator maşını ilə “Ford Tranzit” markalı avtomobil toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb.

 

Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 305
avatar

Oxşar yazılar