İlkin Nəcəfzadə ilə "Ana xəbər" bloku – 12 Avqust
12 avqust 2014 20:08 (UTC +04:00)

İlkin Nəcəfzadə ilə "Ana xəbər" bloku – 12 Avqust

GÜNÜN ŞƏRHİ

 

Ötən gün Ağstafada universitetdən qovulan gəncin intiharı, bu gün isə ana və qızın 9-cü mərtəbədən özünü ataraq, intihar etməsi, arda-arda yazılan intihar məktubları...

İntihar xəbərləri artıq adiləşib. İnsanın öz həyatına qəsd etməsi sıradan bir hadisəyə çevrilib. Ən dəhşətlisi də odur ki, canına qıyanların yaşı kifayət qədər azdır. Orta yaşlılar və ya gənclərlə yanaşı, uşaqlar da bu addımı atırlar.  Səbəblər isə müxtəlifdir.

Bugünkü dünya uşaqları vaxtından tez böyüdür. İndiki uşaqlar bizdən fərqli olaraq, qaçdı-tutdu oynamaqla, özlərinə samandan, köhnə parçalardan oyuncaqlar düzəltməklə böyümürlər. Artıq körpələr telefonlarda, kompüterlərdə hansı oyunu bilmələri ilə öyünürlər. Bu oyunların da əksəriyyəti fiziki zorakılığı, ölümü, düşmənçiliyi təbliğ edir. Təbii ki, belə ortamda böyüyən uşaqlar ölümlə vaxtından tez tanış olurlar və ölümün nə olduğunu bilmədən, oyunlardan biri kimi qəbul edirlər. Sonda isə öz ölümlərinin hökmünü verməkdən belə çəkinmirlər. Və təəssüf ki, biz də günümüzü belə sarsıdıcı xəbərlərlə başlayırıq...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1247
avatar

Oxşar yazılar