Şamaxıda yol tikintisinə 3,9 milyon manat ayrıldı
03 iyul 2017 18:26 (UTC +04:00)

Şamaxıda yol tikintisinə 3,9 milyon manat ayrıldı

Prezident İlham Əliyev Şamaxı rayonunun Göylər-Quşçu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, on dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Göylər-Quşçu avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,9 milyon (üç milyon doqquz yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

 

Sərəncama uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti isə  bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 140
avatar

Oxşar yazılar