İlham Əliyev Goranboy və Naftalana 4 milyon manat ayırıb
20 oktyabr 2014 19:57 (UTC +04:00)

İlham Əliyev Goranboy və Naftalana 4 milyon manat ayırıb

0

Prezident İlham Əliyev Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Goranboy Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılacaq. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək.

 

Bundan əlavə Prezident İlham Əliyev Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında da sərəncam imzalayıb. Naftalanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Naftalan Şəhər İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 619

Oxşar yazılar