İcra başçılarının müavinləri üçün konsert
29 oktyabr 2014 10:42 (UTC +04:00)

İcra başçılarının müavinləri üçün konsert

Bakıda seminar-müşavirədə iştirak edən rayon (şəhər) icra başçılarının humanitar məsələlər üzrə müavinləri üçün konsert təşkil edilib. Lent.az-ın məlumatına görə, konsert Beynəlxalq Muğam Mərkəzində baş tutub. Bundan əvvəl isə müavinlər Bayraq Meydanı və "Baku Crystall Hall"la tanış olublar. Onlar həmçinin xüsusi metrobusla bulvarı gəziblər. Bulvar gəzintisi zamanı onlara Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bələdçilik edib. N.Məcidov Milli Park ərazisində həyata keçirilən abadlıq, yenidənqurma işləri barədə geniş məlumat verib.

 

Bu gün isə humanitar məsələlər üzrə icra başçılarının müavinləri İçərişəhərlə tanış olacaqlar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1119

Oxşar yazılar