Bu gün Brüsseldə Belçika Poçt Təşkilatının (Bpost) nəşr etdiyi poçt markasının təqdimatı keçirilib. Lent. az-ın məlumatına görə, marka Heydər Əliyevin 90 illiyi ilə bağlı nəşr edilib. Mərasimdə Belçika, Niderland və Lüksemburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, “Ana vətən” azərbaycanlı qadınlar birliyinin üzvləri iştirak ediblər.
Tədbirdə Azərbaycanın Belçika Krallığındakı Səfiri Fuad İsgəndərov Heydər Əliyevin uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası nəticəsində ölkəmizin bu gün dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini vurğulayıb.
“Ana vətən” azərbaycanlı qadınlar Birliyinin sədri Maisa Ağamirzəyevə Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında rolunun danılmaz olduğunu vurğulayaraq, Heydər Əliyev irsinin əbədi olacağını bildirib.