Həftənin ilk iş günü yağış yağacaq
19 oktyabr 2014 19:54 (UTC +04:00)

Həftənin ilk iş günü yağış yağacaq

0
Oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, yağış gündüz tədricən kəsiləcək.

 

Havanın temperaturu gecə və gündüz 10-14 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın bölgələrində arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1575

Oxşar yazılar