
Həccə getmək üçün sənəd verənlərin sayı AÇIQLANDI
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu davam edir.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Lent.az-a bildirilib ki, hazırda sənəd verənlərin sayı 850-ni ötüb. İdarədən bildirilib ki, sənəd qəbulu iyun ayının sonuna kimi davam edəcək: “İyun ayının sonundan etibarən vizaların verilməsinə başlanılır. Vizaların verilməsi prosesi başlayanda isə sənəd qəbulu başa çatır”.
Qeyd edək ki, bu il Azərbaycandan ziyarətə getmək istəyənlər üçün 1440 nəfərlik kvota müəyyənləşdirilib.
Sənədlərin qəbulu yalnız QMİ tərəfindən həyata keçirilir.
Həcc ziyarətinin qiyməti 4285 ABŞ dollardır.
Zəvvarlar ziyarətə təyyarə ilə aparılacaq.
Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46