Azərbaycanda hava şəraitinin qeyri-sabit keçməsinin səbəbi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Lent.az-a açıqlamasında deyib ki, iyulun 2-də Azov dənizindən gələn arktik anti-siklonun respublika ərazisinə daxil olması səbəbindən şimal və qərb rayonlarından başlayaraq bölgələrdə yağışlı hava şəraiti müşahidə olunub.
Bakıda və Abşeron yarımadasında dünən günün ikinci yarısı axşama doğru şimal-qərb küləyi arabir güclənib, bölgələrdə yağmurlu hava şəraiti müşahidə olub. Bəzi yerlərdə yağış leysan xarakterli olub. Qeyri-sabit hava şəraiti iyulun 6-a kimi davam edəcək.