Güclü külək sabah mülayimləşəcək - YENİLƏNİB
07 may 2014 15:32 (UTC +04:00)

Güclü külək sabah mülayimləşəcək - YENİLƏNİB

Bakıda və Abşeron yarımadasında mayın 8-də hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz olacağı, şimal qərb küləyinin gündüz mülayimləşəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 10-14 gündüz 20-25 dərəcə olacaq.

 

Azərbaycanın rayonlarında mayın 8-də hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı və qısa müddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə və səhər bəzi yerlərdə güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 12-17, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz  19-24 dərəcə isti təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1050
avatar

Yalçın UĞUR

Oxşar yazılar