Güclü külək əsəcək, qar yağacaq - <span style="color:red;">SABAH
01 dekabr 2014 13:10 (UTC +04:00)

Güclü külək əsəcək, qar yağacaq - SABAH

Bakıda və Abşeron yarımadasında dekabrın 2-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, şimal küləyi güclənəcək.

Havanın temperaturu gecə və gündüz 4-6 dərəcə isti olacaq.

 

Rayonlarda sabah hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-4, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4678

Oxşar yazılar