Bu günlərdə “İDEAL” parfum və kosmetika mağazaları şəbəkəsində müştərilərə yeni brend – “Aroma Collection” təqdim edilib.
“Aroma Collection” – Azərbaycan brendi olan dünyəvi kosmetikadır.
Brendin fəlsəfəsi romantik kolleksiyanın hər kompozisiyasında gözəllik, sağlamlıq və təbiətin harmoniyasını birləşdirir. Şərq fəlsəfəsinin müasirliklə sintezini əks etdirən, londonlu rəssamın layihəsi əsasında xüsusi olaraq hazırlanmış qablaşdırma dizaynı isə məhsulun təkrarolunmaz zərif görünüşünü yaradır.
“Aroma Collection” məhsulları 18 çeşiddən ibarət olmaqla-üz, bədən və saçlara qulluq üzrə 3 qrupa bölünür.
Brendin mühüm keyfiyyət göstəricilərindən biri də kosmetik vasitələrin eksklyuziv bitki cövhərləri və bitki yağlarından ibarət təbii tərkibidir.Bu məhsullarda yalnız Avropa labaratoriyalarında kliniki yoxlamadan keçmiş və sertifikatlaşmış indiqriyentlər istifadə olunub.Əlavə olaraq, bütün məhsullar individual uyğunluq testindən keçirilib.
Sevimli xanımlar, Siz təbiətən gözəlsiniz. Özünüzü sevin və qulluq edin. “Aroma Collection” isə Sizin təkrarolunmaz gözəlliyinizə zərif naxış əlavə edəcək.
“Aroma Collection” məhsullarını Siz bütün “İDEAL” mağazalarından əldə edə bilərsiniz