Gəncə "Avropanın Gənclər Paytaxtı" elan olundu
22 noyabr 2013 00:45 (UTC +04:00)

Gəncə "Avropanın Gənclər Paytaxtı" elan olundu

Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə 2016-cı ildə "Avropanın Gənclər Paytaxtı" elan olunub. Lent.az-ın məlumatına görə, bu barədə qərar Yunanıstanın Saloniki şəhərində keçirilmiş Avropa Gənclər Forumunda çıxarılıb.

Vilnüs (Litva), Varna (Bolqarıstan), Qoluey (İrlandiya), La Laquna və Badaxos (hər ikisi İspaniya) şəhərlərinin də apardığı mübarizədə Gəncə qalib elan edilib. Mükafatlandırma mərasimi Avropa Gənclər Şurasına üzv ölkələrin toplantısında keçirilib.

Qeyd edək ki, Avropanın Gənclər Paytaxtı 1 il ərzində öz gənclərinin mədəni, sosial, siyasi, iqtisadi həyat və inkişafını nümayiş etdirmə şansı qazanır. İlk paytaxt adına 2009-cu ildə Rotterdam (Hollandiya) layiq görülüb. Sonrakı illərdə Turin (İtaliya), Antverpen (Belçika), Braqa (Portuqaliya), Maribor (Sloveniya), Saloniki (Yunanıstan) və Kluj-Napoka (Rumıniya) şəhərləri də qələbəyə nail olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1259
avatar

Oxşar yazılar