Ağcaqanadlar bizi bu qurda yoluxdura bilər - <span style="color:red;">Xəbərdarlıq
09 iyul 2016 00:05 (UTC +04:00)

Ağcaqanadlar bizi bu qurda yoluxdura bilər - Xəbərdarlıq

Yay aylarında ən yayılmış problemlərdən biri ağcaqanadlardır. Adətən biz ağcaqanadı zəhlətökən, ancaq  ziyansız həşərat hesab edirik.

 

Lakin bu heç də belə deyil. Aqcaqanadlar bizi çox təhlükəli qurdlara yoluxdura bilər.

 

Lent.az-ın "saglamolun.az-a" istinadən məlumatına görə, bu qurdlardan biri dirofilyariya qurdudur.

 

İnsanlardan əlavə ağcaqanadlar həmçinin heyvanların da (it, pişik, siçovul və s.) qanını sovurur. Heyvanlarda tez-tez dirofilyariya qurdu olur. Bu qurdu olan heyvanın qanını içən ağcaqanaq daha sonra insanı dişləsə qurdun sürfələri insanın qanına düşə bilər və sonra orqanizm boyu yayıla bilər. Bir çox hallarda qurd insanın dərisinin altında inkişaf etməyə başlayır və ağcaqanad dişləməsindən bir neçə ay sonra burada burulmuş sap formasında olan qeyri-adi şişkinlik yaranır.

 

Qurdu dərinin altından çıxartmaq üçün kiçik cərrahi əməliyyat aparılır.

 

Dirofilyariyalar bəzən qan axını ilə insanın digər orqanlarına (ağciyərinin, ürəyinin içinə) düşə bilər. Bu çox təhlükəlidir və ciddi pozulmalara səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175
avatar

Oxşar yazılar