
FHN-dən çimərliklərlə bağlı əhaliyə MÜRACİƏT - VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən Lent.az-a verilən xəbərə görə, müraciətdə bildirilib ki, nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.
Müraciətdə qeyd olunub ki, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir, eyni zamanda qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.
“Çimərliklərdə istirahət saat 09:00-dan 20:00-dək daha təhlükəsizdir. Təhlükə zamanı 112-yə zəng edin”, - müraciətdə bildirilib.
Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46