Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ sülh danışıqlarının uzanması Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terror siyasətinin aktivləşməsinə səbəb olur.
Azərbaycan Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru Xanhüseyin Kazımlının rəhbərlik etdiyi işçi qrupundan Lent.az-a verilən məlumata görə, 2008–2011–ci illərdə Dağlıq Qarabağ və ona bitişik ətraf bölgələrdə ermənilər tərəfindən atmosferə 2329.29 ton zərərli maddələr atılıb. Bunlardan 2074.9 tonu toz, 40.22 tonu kükürd dioksid, 37.24 tonu azot oksidləri, 176.44 tonu isə karbon oksid olub.
Bu illər ərzində su hövzələrinə 215.75 ton zərərli maddələr buraxılıb. Bunlardan 165.222 tonu asılqanların (suspenziya) payına düşür. Ammonyakın payı 0.369 ton, sintetik maddələrin payı isə 0.76 ton olub.
Qurumun məlumatına görə, Ermənistan Azərbaycan üçün əlverişli olmayan isti və quru iqlim şəraitindən də istifadə edir. Belə ki, bu şəraiti daha da kəskinləşdirmək və Azərbaycanın aran bölgələrində məhsuldarlığı aşağı salmaq üçün, ermənilər hələ Sovet dövründə Dağlıq Qarabağın yüksəkliklərində quraşdırılan buluddağıdan toplardan istifadə edərək, Azərbaycanın Aran bölgələrində az da olsa gözlənilən yağıntının miqdarını kəskin şəkildə aşağı salırlar.
Quraqlığın törədə biləcəyi fəsadların miqdarını artırmaq üçün ermənilər yay aylarında Qarqarçay və Tərtərçay üzərində qurulmuş su hövzələrindən Azərbaycanın aran rayonları istiqamətinə verilən suyu tamamilə dayandırır, işğal altında saxladıqları ərazilərdə genişmiqyaslı yanğınlar törətməklə müxtəlif ziyanvericilərin və gəmiricilərin işğal altındakı ərazilərdən, ölkənin aran bölgələrinə keçmələrinə şərait yaradırlar.
Yanğın təhlükəsindən xilas olaraq ölkənin aran bölgəsinə qaçışan bu gəmiricilər, ziyanvericilər və zəhərli ilanlar zəmilərə, bostanlara, mülki əhalinin şəxsi təsərrüfatlarına soxularaq bütün əkin sahələrini kütləvi şəkildə məhv edir və eyni zamanda insanların sağlamlıqlarına da ciddi təhlükə yaradırlar.
Bütün bunlarla kifayətlənməyən ermənilər şirin su hövzələrini, xüsusi ilə də Araz çayını Ermənistanın mis mədənlərinin və kimya zavodlarının zəhərli tullantı maddələri ilə çirkləndirilir və nəzarət altında saxladıqları ərazilərdəki əkin sahələrini, təcavüz nəticəsində boş qalmış torpaq sahələrini minalayaraq istifadəsiz hala gətirir, eləcə də qış aylarında Qarqarçay və Tərtərçay su hövzələrində bütün il boyu yığılan suları Azərbaycanın aran rayonları istiqamətinə açıb buraxır və suyun axarı ilə partlayıcı maddələr axıdırlar ki, bu da sonralar Azərbaycan əhalisi arasında ciddi tələfatlara səbəb olur.
Stasionar mənbələrdən atmosferə atılan zərərli maddələrin miqdarı
Atılmış zərərli maddələrin cəmi, tonla |
2008 |
2009 |
2010 |
2011 |
Toz Kükürd dioksid Azot oksidləri Karbon oksid
Cəmi: |
28,53 0,14 9,40 44,2
82,76 |
26,37 40,00 9,44 44,24
120,05 |
2020,00 0,04 9,20 44,00
2073,24 |
- 0,04 9,20 44,00
53,24
|
Atılmış zərərli maddələrin cəmi, tonla
|
2008 |
2009 |
2010 |
2011 |
Suspenziyalar (asılqanlar) Ammonyak Sintetik maddələr Xloridlər Neft məhsulları Sulfatlar Oksigendə biokimyəvi tələbat
Cəmi: |
35,539 0,124 0,0963 0,3 0,1933 2,16 0,044
38,463
|
37,52 0,12 0,47 0,66 0,15 2,16 0,04
41,13
|
47,475 0.004 0,00032 0,18 0,15 2,16 0,044
50,01332
|
44,688 0,121 0,1933 38,78 0,1653 2,16 0,044
86,1516
|
Su hövzələrinə atılan zərərli maddələrin miqdarı.