AMEA Rəyasət Heyətinin qərarı ilə filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli AMEA Əlyazmalar İnstitutuna Elmi işlər üzrə direktor müavini təyin edilib. Lent.az-ın məlumatına görə, bu gün AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Aybəniz Əliyeva-Kəngərlini kollektivə təqdim edib.
Qeyd edək ki, Aybəniz Əliyeva-Kəngərli uzun müddət AMEA Mərkəzi Elmi Kitabxanasına rəhbərlik edib.