Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Sumqayıtda olub. Lent.az-ın verdiyi məlumata görə, o, bu gün DSMF-nin Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhərinin, Qubadlı, Xızı və Qobustan rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. Qəbulda iştirak edən vətəndaşların Fondun həmin rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF-nin Sumqayıt şəhər şöbəsinə aparılıb-gətirilmələri təmin olunub. Mehdiyev qaldırılan məsələlərin həll olunması üçün Fondun şəhər və rayon şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib.
Müraciətlərin bir qismi isə DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib. Fond sədri bu tipli müraciətlərlə qəbula gələn vətəndaşlara həm hüquqi, həm də digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara ünvanlanacağını söyləyib.