Turizm obyektlərində monitorinqlər aparılır
04 iyul 2014 14:59 (UTC +04:00)

Turizm obyektlərində monitorinqlər aparılır

"Etiraf etməliyik ki, bəzi sahibkarlar turizm obyektlərinin təhlükəsizliyinin təmin edilməsinə və üzərilərinə düşən öhdəliyə lazımi qədər məsuliyyətlə yanaşmırlar. Əgər onlar bizim tövsiyələrimizi yerinə yetirmirlərsə, deməli, biz daha güclü inzibati tədbirlər görməliyik". Bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib. O turizm sahəsində fəaliyyət göstərən bəzi sahibkarları məsuliyyətsizlikdə günahlandırıb.

"Ötən il təxminən 6-7 şirkətin və otelin lisenziyası ləğv edilib. "Bakı - 2015 ilk Avropa Oyunları"na hazırlıq dövründə isə turizm müəssisələrinin lisenziyalaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşılır. Çünki bizim məqsədimiz odur ki, Avropa Oyunlarına qədər Azərbaycanda bütün otellər lisenziyalaşdırılmış olsun".

Hazırda yay turizm mövsümü ilə əlaqədar turizm obyektlərində monitorinqlərin davam etdiyini deyən nazir əlavə edib ki, bununla bağlı artıq növbəti əmr imzalayıb. Aparılacaq monitorinqlər üç istiqamət üzrə müəyyənləşdirilib. Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri bu monitorinqlər zamanı istirahət mərkəzlərinin fəaliyyətinin bütün qaydalara uyğun olub-olmaması təhlil edilir.

Növbəti 5 il ərzində Azərbaycana gələn turistlərin sayının təqribən 3,5-4 milyona çatacağının gözlənildiyini deyən nazir onu da bildirdi ki, əgər 2001-ci ildə Azərbaycana 400 min turist gəlirdisə, bu gün 2,5 milyon turist gəlir.

"Mən mətbuatdan oxuyuram ki, Azərbaycana gələn turistlərin sayı azdır, qiymətlər bahadır. Bu mövzu bizi də maraqlandırır, amma qiymətləri bazar özü müəyyənləşdirir. Lakin biz ona nail olmuşuq ki, 3 il bundan əvvəlki dövr ilə müqayisədə qiymətləri təqribən 20 faiz endirə bilmişik. Bu günə qədər həmin qiymətlərdə artım baş verməyib ".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 453
avatar

Oxşar yazılar