Dünən Azərbaycanda temperatur normadan aşağı olub
24 noyabr 2014 11:32 (UTC +04:00)

Dünən Azərbaycanda temperatur normadan aşağı olub

0

Azərbaycanda müşahidə olunan yağıntılı hava şəraiti noyabrın 26-dək davam edəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, bu, ilkin proqnozdur və yaxın saatlarda daha ətraflı məlumat veriləcək.

 

Onun sözlərinə görə, dünən ölkə ərazisində iqlim normasından aşağı temperatur qeydə alınıb. Belə ki, noyabrın 23-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 917

Oxşar yazılar