Çox yatanlar üçün bəd xəbər
25 noyabr 2014 02:29 (UTC +04:00)

Çox yatanlar üçün bəd xəbər

Alimlərin müxtəlif yaş qruplarından olan insanlar üzərində apardıqları araşdırmalardan sonra məlum olub ki, həddən artıq çox yuxu insan beyninə yuxusuzluq qədər neqativ təsir göstərir.

 

Lent.az-ın “Milli.az”-a  istinadən məlumatına görə, Uorvik universitetinin alimləri 50-64 yaş arası 9000 adam üzərində araşdırma aparıblar. Gün ərzində 8 saatdan az yatan adamlarda yaddaş və diqqət problemləri üzə çıxıb. Gün ərzində 8 saatdan çox yatan adamlarda da analoji problemlər ortaya çıxıb.

 

Araşdırmanın müəlliflərindən biri, professor Françesko Kappussio deyir ki, yalnız doğru miqdarda yuxu yaşlı adamlarda əqli geriləmənin qarşısını ala bilər: "Fiziki və əqli sağlamlıq üçün yuxu olduqca vacibdir".  Optimal yuxu ahıl yaşlarındakı insanların beyinlərinin funksiyasını normada saxlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1329
avatar

Oxşar yazılar