Gələn il buraxılış imtahanlarının vaxtları dəyişiləcək
Gələn il Azərbaycanda keçirilən I Avropa oyunları ilə əlaqədar buraxılış imtahanlarının vaxtları dəyişiləcək. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə DÖvlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, I Avropa Oyunları ilə bağlı Nazirlər Kabinetinin qərarı əldə edilib. Bu vaxta kimi buraxılış və qəbul imtahanlarının vaxtı ilə bağlı cədvəl yanvarın sonunda ictimaiyyətə təqdim olunurdu: “Gələn il isə olimpiya oyunlarının keçirilməsini nəzərə alaraq buraxılış imtahanlarının vaxtından əvvəl, yəni olimpiadadan əvvəl keçirilməsi nəzərdə tutulur. Artıq bununla bağlı təkliflər Təhsil Nazirliyinə göndərilib. Məktəblərdə mayın 30-da “Son zəng”dir. Həmin günün səhəri isə şagirdlərin buraxılış imtahanlarında iştirak etməsi mümkün deyil. Ona görə də hazırda Təhsil Nazirliyi ilə birgə imtahan gününün tarixini dəqiqləşdirirk. Məsələ onlarla müzakirə edilib dəqiq cədvəl təqdim ediləcək. Buraxılış imtahanının vaxtının dəyişilməsi yalnız Bakıda keçirilən imtahanlara deyil, bütövlükdə ölkə üzrə keçirilən buraxılış imtahanlarına aiddir”.