Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri Yusif Səfərov küçəsinində bu gecə saat 23:00-dan səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin rənglənməsinə başlanılacaq.
Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, bununla əlaqədar avtomobillərin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq .
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.