Cari ilin 9 ayında Azərbaycanda 520 qida zəhərlənməsi qeydə alınıb.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az-a verilən məlumata görə, zəhərlənmələr nəticəsində 773 nəfər zərər çəkib.
Bundan başqa, yanvar-sentyabr aylarında 29 botulizm hadisəsi nəticəsində 34 zəhərlənmə və 1 ölüm faktı qeydə alınıb.
Bu ilin sentyabr ayında isə ölkə ərazisində 49 qida zəhərlənməsi baş verib. Qida zəhərlənməsi nəticəsində 81 nəfər zərər çəkib. Sentyabrda baş verən 2 botulizm hadisəsi nəticəsində isə 2 zəhərlənmə qeydə alınıb.