İyun ayında Azərbaycanda 2 gün qeyri-iş günü olacaq.
Bu barədə APA-ya Nazirlər kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.
Onun sözlərinə görə, iyunun 15-i Milli Qurtuluş Günü şənbə gününə düşdüyündən iyunun 17-si də qeyri-iş günü sayılır.
İyunun 26-sı isə Silahlı Qüvvələr Günü kimi qeyri-iş günüdür.