Bilik Fondu fəaliyyətə başladı
01 avqust 2014 15:01 (UTC +04:00)

Bilik Fondu fəaliyyətə başladı

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu artıq fəaliyyətə başlayıb.

 

Fondun mətbuat katibi Ceyhun Musaoğlunun APA-ya verdiyi məlumata görə, qurumun idarəçilik strukturu tam müəyyənləşib, icraçı direktor tərəfindən əməkdaşları təyin edilib.

 

Bilik Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Himayəçilik Şurasının üzvü,  Azərbaycanın Millətlərarası, Multikultiralizm və Dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev fondun əməkdaşları ilə iki dəfə geniş tərkibli görüş keçirib. Görüşdə Bilik Fondunun məqsəd və məramı, fəaliyyət istiqaməti, əməkdaşların vəzifələri, ilin sonuna qədər həyata keçirəcəyi layihələr ətraflı şəkildə müzakirə edilərək, konkret tapşırıqlar verilib.

 

Bilik Fondunun əsas məqsədi əhalini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin mahiyyətini ictimaiyyətə çatdırmaqdır. Bunun üçün təbliğat xarakterli tədbirlər həyata keçiriləcək, qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırılacaq, azərbaycançılıq məfkurəsinin mahiyyəti, milli-mənəvi və dini dəyərləri təbliğ olunacaq, şəxsin müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək məqsədi ilə tədbirlər həyata keçiriləcək, onların bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstəriləcək, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi təbliğ olunacaq, Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə yönəlmiş tədbirlər təşkil ediləcək, ölkəmizin dinamik inkişafı və dünya birliyinə inteqrasiyası ilə əlaqədar təhlillər aparılacaq, beynəlxalq, regional və ölkədaxili proseslər öyrənilərək ictimaiyyətə çatdırılacaq,

 

Xatırladaq ki, Bilik Fondu Azərbaycan prezidenti İlham Əliyevin 2014-cü il mayın 7-də imzaladığı fərmana əsasən yaradılıb. Fondun nizamnaməsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Bilik Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Himayəçilik Şurasının sədri, Oqtay Səmədov isə fondun icraçı direktoru təyin olunub.

 

Dövlət başçısının imzaladığı sərəncama əsasən, Kamal Abdullayev, Urxan Ələkbərov, Əhliman Əmiraslanov, Sabir Həsənli, Azərpaşa Nemətov, Sahibə Qafarova və Mübariz Qurbanlı fondun Himayəçilik Şurasının üzvləri təyin ediliblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1110
avatar

Oxşar yazılar