Oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, bəzi yerlərdə gecə və səhər yağış yağacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-12, gündüz 13-16 dərəcə isti olacaq.
Rayonlara gəlincə, gecə və səhər duman olacağı, bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Aran rayonlarında gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq. Dağlarda gecə 0-5, bəzi yerlərdə 3 dərəcəyə qədər şaxta, gündüz 5-10 dərəcə isti olacaq.