Gələn ay Dövlət Bayrağı Günü ilə əlaqədar Azərbaycanda iki gün qeyri-iş günü olacaq. Lent.az-ın məlumatına görə, bu il 9 noyabr bazar gününə düşdüyü üçün ondan sonrakı gün, yəni noyabrın 10-u da (bazar ertəsi) qeyri-iş günü olacaq.
Azərbaycan prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanından sonra, 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi dövlət səviyyəsində qeyd olunur və bu gün iş günü sayılmır.
Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.