Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 121 nömrəli qərarı ilə təsdiq edilmiş "Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası"nda dəyişiklik edilməsi barədə qərar verib. Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Qərara əsasən, sahibkarlıq fəaliyyəti ilə (atçılıq sahəsində) məşğul olan atçılıq subyektlərində dövlət nəzarəti "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçiriləcək.