Barak Obama azərbaycanlı məktəbli ilə görüşəcək
24 oktyabr 2014 14:43 (UTC +04:00)

Barak Obama azərbaycanlı məktəbli ilə görüşəcək

Amerikada yaşayan 15 yaşlı azərbaycanlı məktəbli Məhəmməd Uğur ölkə üzrə keçirilən "Broadcom Masters" elm və mühəndislik müsabiqəsinin qaliblərindən biridir.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu yaxınlarda müsabiqənin qalibi olmuş 30 məktəblinin adları açıqlanıb.

Yarışmanın final mərhələsi oktyabrın 24-29-da Vaşinqtonda keçiriləcək. Qalibi 75 min ABŞ dolları həcmində mükafat gözləyir. Məktəblilər Ağ evdə ABŞ prezidenti Barak Obama ilə görüşəcək və öz işləri barədə təqdimat edəcəklər. Məhəmməd Uğur Florida ştatının Melburn şəhərində IX sinifdə oxuyur. Onun atası Uğur Abdulla Florida Texnologiya Universitetində riyaziyyat kafedrasının müdiri, professordur. O, Bakı Dövlət Universitetinin məzunudur. Məhəmmədin biotibb mühəndisliyi, deterministik və statistik analiz nominasiyası üzrə müsabiqəyə təqdim olunmuş tədqiqat işi riyaziyyatın tibdə tətbiqi ilə bağlıdır.

O, riyazi metodlardan istifadə etməklə ürək-damar xəstəliklərinin dəqiq diaqnozunu hazırlayıb. Məhəmməd təhsillə yanaşı, idmanda da böyük uğurlar qazanıb. O, Amerika futbolu ilə də maraqlanır. "Broadcom Masters" Amerikada orta məktəb şagirdləri üçün ən nüfuzlu elm müsabiqəsi hesab olunur. Orta məktəb şagirdlərinin elm, texnologiya, mühəndislik və riyaziyyat sahəsində təqdim etdikləri novator tədqiqat işləri ən nüfuzlu alimlər tərəfindən qiymətləndirilir. "Broadcom Fond"u tərəfindən maliyyələşdirilən müsabiqə 2010-cu ildən keçirilir. Orta məktəb şagirdlərinin elm və mühəndislik sahəsində qabiliyyətlərinin stimullaşdırılması üçün fond 6 milyon dollar vəsait ayırıb. Finalçılar (12 qız, 18 oğlan) ölkənin 13 ştatından olan 29 məktəbi təmsil edirlər. Onlar 300 yarımfinalçı arasından seçiliblər. Müsabiqədə ümumilikdə 2054 şagird iştirak edib. 

 

# 2092

Oxşar yazılar

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

26 may 2024 , 11:00
Əfv olunan qadınlar azadlığa buraxıldı

Əfv olunan qadınlar azadlığa buraxıldı

26 may 2024 , 10:35
Əfv sərəncamının icrasına başlanıldı

Əfv sərəncamının icrasına başlanıldı

26 may 2024 , 09:00
II və III qruplara imtahan keçirilir

II və III qruplara imtahan keçirilir

26 may 2024 , 06:47
Küləkli hava nə vaxtadək  davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?

25 may 2024 , 18:17
Sabah Bakıda şimşək çaxacaq,  yağış yağacaq - PROQNOZ

Sabah Bakıda şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ

25 may 2024 , 12:59
Maşını saxlayın, şüşələri qaldırıb gözləyin - Hava XƏBƏRDARLIĞI

Maşını saxlayın, şüşələri qaldırıb gözləyin - Hava XƏBƏRDARLIĞI

25 may 2024 , 11:51
Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

25 may 2024 , 09:56