Bakı Ali Neft Məktəbində beynəlxalq seminar keçirilir
08 oktyabr 2014 12:37 (UTC +04:00)

Bakı Ali Neft Məktəbində beynəlxalq seminar keçirilir

0

Bakı Ali Neft Məktəbində “Yataqların işlənməsinin, dənizdə və quruda karbohidrogenlərin hasilatının müasir texnologiyaları” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb. Seminar “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində keçirilir.

Ali məktəbdən Lent.az-a verilən məlumata görə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd edib ki, seminar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə Böyük Britaniyanın “Confidence Capital ltd.” Şirkəti ilə birlikdə keçirilir və məqsəd Azərbaycanın neft-qaz yataqlarının işlənməsində, o cümlədən quruda və dənizdə karbohidrogenlərin hasilatı sahəsində əldə etdiyi təcrübənin xarici ölkələrin mütəxəssisləri arasında yayılmasıdır. Seminarın məşğələlərini Neft-qaz mühəndisliyi kafedrasının müdiri, professor Arif Məmmədzadə və Böyük Britaniyadan dəvət olunmuş mütəxəssis Hernan De Kaso aparacaq. Tədbirin dinləyiciləri Azərbaycanın, Rusiyanın və Ukraynanın neft-qaz sektorunun mütəxəssisləridirlər.

Oktyabrın 8-9-da seminarın iştirakçıları üçün neft-qaz yataqlarının ümumi xarakteristikaları, yataqların işlənməsinin tənzimlənməsi, neftveriminin artırılması üsulları, neft-qaz hasilatı texnologiyaları və s. məsələlər üzrə məruzələr təqdim olunacaq.

Oktyabrın 10-11-də seminarın iştirakçıları üçün “Neft Daşları”na texniki səfər təşkil olunacaq və seminar 2 gün ərzində orada öz işini davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 555

Oxşar yazılar