Namiq Həsənov deyib ki, 207 saylı xətt avtobusunun yol hərəkəti qaydalarını pozması faktına dərhal Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti müdaxilə edib. 207 sayı marşrut üzrə hərəkət edən 10-MB-353 dövlət nömrə nişanlı avtobus dərhal cərimə meydançasına aparılıb və avtobus xəttindən kənarlaşdırılıb. Eyni zamanda yol hərəkəti qaydalarını pozan sürücü dərhal işindən azad olunub. Faktla bağlı marşrut sahibkarına xəbərdarlıq edilib.
Ehtiyat sürücü hazırlanıb, həmin marşrut bu gündən etibarən xəttə buraxılıb.
Qeyd edək ki, APA TV-nin məlumatına görə, iyulun 31-də Heydər Əliyev prospektində səkinin üstündən paralel yola keçmək istəyən sərnişin avtobusu çıxılmaz vəziyyətə düşüb. 207 saylı xətt üzrə hərəkət edən iritututmlu avtobus tıxaca düşməmək üçün maneənin üstündən keçərək paralel yola keçmək istəyib. “Binə Ticarət Mərkəzi” – “8-ci Kilometr” xətti üzrə hərəkət edən avtobus sürücüsü səkini keçməyə cəhd etsə də, cəhdi uğursuz alınıb və avtobusun yarısı səkinin bir tərəfində, yarısı isə digər tərəfində qalıb. Nəticədə hər iki yolda avtomobillərin hərəkətinə ciddi maneə yaranıb