Maştağa-Ramana-Sabunçu magistral su kəmərinin yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş 1000 mm diametrli magistral su xətti şəbəkəyə qoşulacaq. "Azərsu"-dan Lent.az-a verilən məlumata görə, bununla əlaqədar sabah saat 09:00-dan etibarən
Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə - Ramana Südçülük Sovxozuna, məcburi köçkün şəhərciyinə, Yeni Suraxanı və Savalan yaşayış massivlərinə, eləcə də Samir Əliyev küçəsinin bir hissəsinə içməli suyun verilməsi 36 saat müddətində məhdudlaşdırılacaqdır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Bakının bəzi yerlərində su olmayacaq
0
0
0
0