
Bakıda üç bacı dünyaya gəlib
Bakıda üçəm doğulub. Özəl klinikada dünyaya gələn körpələrin hər üçü qızdır.
Klinikanın ümumi işlər üzrə direktor müavini Səftər Əliyev APA TV-yə deyib ki, saat 0.8.50-də xəstə əməliyyata götürülüb. Qeysəriyyə əməliyyatı yerinə yetirilib: "İlk uşaq 08:55-də dünyaya gəlib. Çəkisi 2500 qram, boyu 46 sm, ikinci uşaq çəkisi 1800 qram boyu 43 sm, üçüncü uşağın da çəkisi tam normaldır - 2500 qram, boyu 50 sm-dir. Hər üç uşaq və ana tam sağlamdır. Həkim nəzarəti altındadırlar. Ümumiyyıətlə bizim klinikada üç uşaq birinci dəfədir dünyaya gəlir".
Xəzər rayon, Şağan qəsəbə sakini olan gənc ana Mehparə Mahmudovanın ilk hamiləliyidir. Anası deyir ki, üçəmlərin hər üçünün də qız olmasından son aylarda xəbər tutub: "Çox sevincliyəm, 3 qız övladıvımız oldu. Allah olmayanlara qismət eləsin".
Ancaq Mahmudovlar ailəsinin maddi imkanlarının az olması bu sevinci bir qədər azaldıb. Üçəmlərin atası özəl şirkətlərin birində fəhlə işləyir: "Çətin olacaq bizim üçün... Yoldaşım da elə çox maaş almır. İnşallah, dövlət tərəfindən bir köməklik gözləyirik".
Ötənil ölkədə 172,6 min körpə doğulub. Doğulanların 53,6 faizini oğlan, 46,4 faizi qızdır. Körpələrin 2270-i əkiz, 42-si isə üçəm doğulub.
Oxşar yazılar

1000 qadınla yatıb: Vəhşi həyatından niyə imtina etdi?
17 iyul 2025 , 19:59
Sabahın isti diskomfort havası ilə bağlı XƏBƏRDARLIQ
17 iyul 2025 , 19:07
II və III ixtisas qrupları üzrə imtahanın NƏTİCƏSİ
17 iyul 2025 , 19:06
İki BÜRCÜN həyatında “ağ zolaq” başlayır: Çətin dövrdən sonra
17 iyul 2025 , 18:30
Şəhid jurnalistə həsr olunmuş kitabın təqdimatı oldu
17 iyul 2025 , 18:14
Həftənin bu günü insanlar stresli və əsəbi olur - ALİMLƏR AÇIQLADI
17 iyul 2025 , 16:37
Yayın gözəllikləri və təhlükələri: xərçəng riski var - ARAŞDIRMA
17 iyul 2025 , 16:07